Dairədə yol vermədən keçib təhlükə yaradan sürücü - 77-SS-176 - VİDEO

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 3-də saat 15:25 radələrində Əsəd Əhmədov və Mehdi Hüseynzadə küçələrinin kəsişməsində qeydə alınıb. Videodan göründüyü kimi, 77-SS-176 dövlət nömrə nişanlı “Seat Exeo” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub. Belə ki, o, dairə boyunca hərəkətdə olan avtomobilə yol vermədən yoluna davam edib və bu zaman görüntünü qeydə alan sürücüyə qəza vəziyyəti yaradıb.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsində qeyd olunur ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında “4.3 – Dairəvi hərəkət” nişanı qoyulduqda, sürücülər dairə üzrə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
Nərmin
Hər ikisi qaydanı pozub qəzaya səbəb oldu - ANBAAN VİDEO
Diplomatik toxunulmazlıq qayda pozmağa əsas verirmi? - FOTO
Döngədə təhlükəli ötmə edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Əks yola çıxan “Range Rover” sürücüsü ardınca təhlükəli manevr etdi - VİDEO
Qırmızıda şütüyərək keçən sürücü təhlükə yaratdı – 77-SB-906 - VİDEO
Sürücü çəkdiyi siqaretin kötüyünü yola atdı - 99-CS-191 - VİDEO
Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı - VİDEO
Qaydanı pozan xanım sürücü keçidə daxil olan piyadaya yol vermədi - VİDEO
Prospektdə maşınlarını səkidə satışa çıxaran obyekt piyadalara mane olur - VİDEO
Maşın sürə-sürə prospekti zibillədi – 10-YE-955 - VİDEO
Nişana baxmayan sürücü baş yoldakı maşına təhlükə yaratdı - VİDEO












