Dairədə yol vermədən keçib təhlükə yaratdı - VİDEO

Yol vermək istəmədi, sürüb keçdi. Avtosfer.az xəbər verir ki, həvəskar kamerasıyla çəkilmiş hadisə Yasamal rayonunun MİDA/Royal park dairəsində qeydə alınıb. Dairədən dönməyə çalışan sürücü yoluna davam etməli olduğu halda, “Nissan Micra” markalı, 90-VK-543 dövlət nömrə nişanlı avtomobilin yanlış hərəkəti ilə maşınını saxlamaq məcburiyyətində qalıb. Videodan da görünür ki, qaydalara bələd olmayan xanım sürücü sol tərəfdən gələn maşınların hərəkətinə fikir belə verməyərək, rahat formada avtomobilini idarə edib.
Qeyd edək ki, baş vermiş qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə, əsasən 60 manat, 3 bal dəyərində cərimə ilə nəticələnir. Sükan arxasında oturarkən bir istiqamətə fokuslanmadan, dörd bir yanı kontrol etməyin vacibliyi məsələsini daim göz önündə saxlaması da sürücü xanıma kiçik məsləhətimiz olsun. Bugün qarşısına “səbrli, jest edən” sürücü çıxsa belə, gələn dəfə bu hal başqa istiqamətə, Allah qorusun qəzaya gətirib çıxara bilər.
Nərmin Əkbər
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO
Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610 - FOTO
Tanınmış bloger atasına yazılmış cəriməyə görə DYP-yə təşəkkür etdi - VİDEO
Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib - VİDEO
Sürücüyə qayda pozmağı öyrədən təlimçi xanım özünü ifşa etdi - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
“Nə fərqi var, buradan da dönürəm” deyən sürücüləri CƏRİMƏ GÖZLƏYİR - FOTO
Keçiddə özündən çıxan sürücü nalayiq söyüşlər söyüb qoçuluq etdi - VİDEO
Daxili yüklərin qatarla daşınması yollarda qəzaların sayını azalda bilərmi? – ADY-dən AÇIQLAMA











