Sürücü qəza şəraiti yaratdı: "Uşaqlarım qorxdu; sürücü özündə deyildi" - VİDEO

Bakıda qaydaları pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 10-da, paytaxtın Mikayıl Müşviq küçəsində qeydə alınıb. Belə ki, Mətbuat prospekti ilə hərəkət edən 90-EU-991 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcında görüntünü qeydə alan sürücüyə yol verməyib. Nəticədə qəza şəraiti yaradıb.
O bildirir ki, həmin vaxt maşında ailəsi və uşaqları olub və baş verən hadisə nəticəsində qorxublar: “Öz yolumla hərəkət etdiyim halda həmin sürücü dayanmadan üstümə sürürdü. Mən də qəfil zolağımı dəyişərək qəzadan yayınmağa çalışdım. Daha sonra ona çatıb nə etmək istədiyini soruşdum və “içkilisən”? - deyə sual verdim. Lakin o, yenidən üzərimə sürməyə başladı. Mən onun ağlının başında olmadığını görüb sürətimi azaltdım ki, vurmasın məni. O həmin vaxt özündə deyildi” – deyə oxucu bildirib.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












