Dayanma-durmaya görə cərimələnən xanım sürücü qaydaları yenə pozdu - VİDEO

Avtomobilini səkidə park etdiyi üçün cərimələnən xanım sürücü qaydaları yenə pozub. Avtosfer.az xəbər verir ki, 90-CD-787 qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtomobilin sürücüsü bir neçə gün öncə Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən Rövşən Nəsirov adına 111 saylı orta məktəbin girişində parklanma qaydasını pozaraq piyadaların hərəkətini məhdudlaşdırıb. Sürücünün törətdiyi xəta yol polisi əməkdaşları tərəfindən qeydə alınaraq onun barəsində inzibati məsuliyyət tədbiri həyata keçirilib və profilaktik söhbətlər aparılıb.
Həmin sürücü bu gün sözügedən məktəbin qarşısındakı piyada keçidində avtomobili park edərək yenə də qaydaları kobud şəkildə pozub. Belə ki, yolu digər tərəfə keçmək istəyən piyadalar sürücünün etdiyi hərəkətə görə təhlükə ilə üzləşib.
Qaynar xəttimizə göndərilən həmin videonu təqdim edirik:
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












