Diqqətli olun - Apreldən bu sürücülərin buraxılış sənədi alması məcburi olacaq - VİDEO

Nazirlər Kabineti tərəfindən 2022-ci il 8 aprel tarixində “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib. 2023-cü il aprelin 8-də isə qaydaların tətbiqinə başlanılır.
Daşıyıcılara hazırlaşmaq üçün 1 il vaxt verilib. Bu 1 il ərzində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daşıyıcılarla mütəmadi görüşlər keçirilib. Daşıyıcılara beynəlxalq yük daşımalarını həyata keçirmək üçün tələb olunan sənədlər və prosedurlar barədə ətraflı məlumat verilib, sənədləri toplamaları üçün köməklik göstərilib. Bu sözləri Ekspert Elməddin Muradlı şəxsi facebook səyfəsində canlı yayımda bildirib. Ekspert həmçinin bildirib ki, aprelin 8-dən etibarən beynəlxalq yükdaşımalarda iştirak etmək istəyən daşıyıcıların buraxılış vəsiqəsi və kartı olmalıdır.
Qeyd edək ki, AYNA daşıyıcıların və sürücülərin məlumatlandırılması, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və yaranan sualların operativ cavablandırılması üçün martın 13-dən “Açıq qapı” günləri təşkil edib. “Açıq qapı” günlərində daşıyıcı və sürücülərin müraciətləri və sualları AYNA-nın inzibati binasında “Daşıyıcı bələdçisi” xidməti çərçivəsində və “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşları tərəfindən cavablandırılır.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












