Tez-tez dəhşətli qəzaların baş verdiyi yolda ölümə gedən sürücü - 50 DZ 869 - VİDEO

Binəqədi rayonunda əks yola çıxan sürücü kameraya düşüb. Avtosfer.az bildirir ki, 50-DZ-869 nömrə nişanlı “Renault” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. O, yoluna çıxdığı avtomobillə toqquşmadan son anda yayına bilib. “Renault” markalı avtomobil sürücüsünün etdiyi təhlükəli manevr ağır nəticələnməyib, amma bu dəfəlik. Bir dəfə qayda pozan yenə pozacaq. Elə kamerasına düşən qayda pozuntusunun videosunu redaksiyamıza göndərən oxucu da belələrinin ictimailəşməsini və cəzalandırılmasını istəyib.
Qanunvericiliyin tələbləri görünür bu cür sürücülərin öz zolağında avtomobil idarə etməsi üçün kifayət deyil. Bəs nə tədbir görülməlidir? Problem sürücülük məktəblərində doğru-düzgün dərs keçilməməsindədirmi, yoxsa ümumiyyətlə dərs keçmədən sürücülük vəsiqəsi alanlardamı? Bəlkə qanunlar bir az daha sərtləşməlidir ki, belələri qaydaların nələrə qadir olduğunu görə bilsin?!
Qeyd edək ki, Binəqədi yolunun həmin hissəsində tez-tez ağır qəzalar baş verir və əksəriyyəti də məhz bu cür qarşı yola çıxanların qayda pozuntusunun nəticəsidir.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












