Gələcəyin hərbçisi "avtoşluğu" təbliğ edir - VİDEO

Qaydalar 24 İyun 2026 09:00
Gələcəyin hərbçisi "avtoşluğu" təbliğ edir - VİDEO
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü qeydə aldığı videoları sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, o, idarə etdiyi 90-UY-831 qeydiyyat nişanlı "Ford" markalı avtomobillə bir neçə təhlükəli hərəkətlər edib. Qeydə alınan videolardan da aydın şəkildə görünür ki, sürücü idarə etdiyi həm "Ford" markalı, həm də "Niva" markalı avtomobillə hərəkətdə olan zaman əl əyləcindən istifadə edərək maşını fırladıb və şou göstərib. Eyni zamanda Saray qəbristanlığında və Novxanı ərazisində ötmə qaydasını kobud şəkildə pozaraq təhlükəli hərəkətlərə yol verib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, avtoxuliqanlıq edən sürücü 2006-cı il təvəllüdlü Mənsimli Məhəmməd Seymur oğludur. O, Heydər Əliyev adına Hərbi İnstitutun 1-ci kurs tələbəsidir.

Sözügedən videonu təqdim edirik.

 

Fərid

Oxunub : 554
ŞƏRH YAZ
Ad

E-mail

Şərh