Güzgüyə baxmadan sağa-sola keçən sürücü qəza şəraiti yaratdı - VİDEO

Bakı-Sumqayıt yolunda iki dəfə qayda pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, videogörüntü dekabrın 24-də qeydə alınıb. Belə ki, 10-UB-883 qeydiyyat nişanlı "Peugeot" markalı avtomobilin sürücüsü öncə bütöv xəttin tələbini pozaraq görüntünü qeydə alan sürücüyə maneə yaradıb, daha sonra isə dönmə işığını yandıraraq əvvəlki zolağa qayıdıb. Sürücü sonradan fikrini dəyişərək yenidən sol zolağa yerdəyişmə edən zaman qəza şəraiti yaradıb.
Qəzaların yaranmasına səbəb sürücülərin bir zolaqda qərar tuta bilməməsidir. Bu videodakı sürücü bütöv xəttin tələbini pozmadan hərəkət etsəydi, sonda sağa yerdəyişmə etdiyi zolağa gəlib çıxacaqdı. Lakin bu sürücü gah sola keçir, gah da sağa. Manevr edən zaman isə güzgüdən istifadə etmir. Sanki hamı buna yol verməlidir.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












