Gələn aydan quru sərhədləri AÇILIR?

Azərbaycanın quru sərhədlərinin açılması məsələsi uzun müddətdir ki, müzakirə mövusu olaraq qalır. Bununla bağlı dəfələrlə təkliflər irəli sürülsə də, hökumət sərhədləri açmağa tələsmir.
İddialara görə, may ayından etibarən Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması nəzərdə tutulur. Pandemiya səbəbindən qapadılan sərhədlərin açılması iqtisadiyyatın gücləndirilməsi üçün vacib addım hesab olunur. Bununla yanaşı, ölkədə turizmin dirçəldilməsində sərhəd qadağasının götürülməsinin böyük rol oynayacağı bildirilir.
Bəs dövlətin qərarı necə olacaq? Mayda sərhədlər açılacaqmı, yoxsa hələ uzun müddət gözləməli olacağıq?
Məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, indidən sərhədin açılıb-açılmayacağını demək çətindir:
“Vaxtilə pandemiyanın qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində quru sərhədləri bağlanmışdı. İndi isə vəziyyət dəyişib. Yəqin ki, burada digər məsələlər də var. İndi hərə bir söz deyir. Bəziləri deyir ki, sərhədlər açılacaq. Ancaq mən bunu deyə bilmərəm. Çünki bu barədə Operativ Qərargahın rəsmi qərarı olmalıdır. Çox güman ki, məsləhətləşmələr aparılmalıdır. Buna görə də indidən quru sərhədlərinin mayın 1-də, iyulun 1-də, yaxud avqustun birində açılacağını demək uyğun olmaz. Hazırda bununla bağlı rəsmi qərar yoxdur. Bildiyim qədəri ilə bu istiqamətdə müzakirələr də aparılmır".

Deputatın fikrincə, quru sərhədlərinin bağlı qalmasına təhlükəsizlik məsələləri səbəb ola bilər:
"Pandemiya artıq bitmək üzrədir. Doğrudur, bizdə karantin rejimi qüvvədədir. Müəyyən məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərinin açılması ilə bağlı müzakirələr getmir, təhlillər aparılmır. Quru sərhədlərinin hələ də bağlı qalmasını ölkənin təhlükəsizliyi ilə bağlamaq olar. Belə baxanda başqa səbəb yoxdur.
İndi biz qonşu Ermənistanla, demək olar ki, müharibə şəraitindəyik. Əlaqələrin normallaşması prosesi hələ müzakirə mərhələsindədir. Sülh danışıqları gedir. Sülh müqaviləsinin imzalanması üzrə görüşlər təşkil edilir. Eyni zamanda demarkasiya, delimitasiya prosesi getməlidir. Amma Ermənistanın təxribatları göstərir ki, bizim təhlükəsizliyimizə hələ də təhdidlər var. Bizə qarşı təhlükə təkcə Ermənistandan gəlmir. Burada müəyyən qüvvələr var ki, quru sərhədlər vasitəsilə təhlükəsizliyimizə qarşı təxribat törətməyə cəhd göstərə bilərlər. Sərhədlərin bağlı qalması bununla bağlana bilər".
Qeyd edək ki, Azərbaycan-Gürcüstan quru sərhədi 3 ildir koronavirus pandemiyası səbəbindən bağlıdır.
Bu küçədə hər gün eyni mənzərə təkrarlanır: Qanunsuz taksilər dayanacağı zəbt edir - VİDEO
Sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini gizlədirlər - FOTO
Taksi sürücüsündən ŞİKAYƏT: "Minib-düşmə yerini xidməti avtomobillər zəbt edib" - VİDEO
Məktəbin qarşısında təhlükəli manevr edən sürücü CƏZALANDIRILDI - VİDEO
Sürücü əks yolda olduğunu son anda anlayıb ölümdən xilas oldu - VİDEO
Əks yoldakı avtomobillərin üzərinə sürən sürücü az qala zəncirvari qəza törədəcəkdi - VİDEO
Yenidən yol hərəkəti qaydalarını pozmaqla gündəmə gəldi - VİDEO
"Tofaş" sürücüsü narkoman çıxdı; məhkəmə HƏBS VERDİ - FOTO
Bakıda piyadanın həyatını təhlükəyə atan sürücü barədə tədbir görüldü - VİDEO
Səbirsiz sürücülər əks yola çıxıb təhlükə yaratdılar – 77-TY-381 və 90-DA-100 - VİDEO
Yaşayış kompleksində sürücülük dərsi keçən təlimçi özünə haqq qazandırdı - VİDEO










