“Kardioloji Sanatoriya”nı avtomobili ilə zəbt edən sürücü yaşlıları qəzəbləndirdi

Dayanma-durma qaydasını gözardı edən sürücü yaşlı insanların qəzəbinə tuş gəlib.
Avtosfer.az xəbər verir ki, qayda pozuntusu Sabunçu rayonunun Bilgəh qəsəbəsində qeydə alınıb. Həvəskarın kamerasına düşən fotoşəkildən bəlli olduğu kimi, 10-JS-029 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozub. Belə ki, sürücü insanların müalicə və istirahəti üçün nəzərdə tutulmuş “Kardioloji Sanatoriya”da yerləşən parkı avtomobili zəbt edib. Həmçinin etdiyi əməlin yanlış olduğunu bildiyi halda saatlarla maşınını burada saxlayaraq insanların narazılığına səbəb olub. Qaydalardan xəbəri olsa da, görməzdən gəlməyi seçən sürücüyə xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə əməl etmədiyi üçün 20 manat cərimə ödəməli və ən əsası bu səhvə bir daha baş vurmamağa çalışmalıdır.
Nərmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












