Kəlbəcərdə hərbçilərin olduğu avtomobil qəzaya uğradı - Ölən və yaralanan var - YENİLƏNİB

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.
Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Hazırda Kəlbəcər hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. (apa)
***
Kəlbəcər rayonu ərazisində içərisində hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, dağlıq ərazidə avtomobilin aşması nəticəsində 1 hərbçimiz həlak olub, daha bir hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə barədə əlavə məlumat veriləcək.
Araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












