Manevr qaydasını pozan yaşlı sürücü kameraya düşdü - VİDEO

Arxadan gələn maşınının yoluna girdi, manevr qaydasını gözardı etdi.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən qayda pozuntusu İmişli rayonunda qeydə alınıb. Avtomobilin videoregistratoruna düşən görüntülərdən də bəlli olduğu kimi yanacaq doldurma məntəqəsindən ana yola çıxan “QAZ 31105” markalı, 10-NC-354 dövlət nömrə nişanlı avtomobil arxadan gələn maşına məhəl qoymayıb. Xəbərdarlıq işığı yandırmadan birbaşa avtomobilin yoluna çıxan sürücü bir müddət dayandıqdan sonra sürətlənib. Ondan fərqli olaraq, ehtiyatı əldən buraxmayan sürücü sürətini azaldaraq qəza şəraitinin qarşısını alıb.
Qeyd edək ki, sürücü “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsində əksini tapan “hərəkətə başlama, manevr etmə” qaydasını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 manat cərimə ödəmək məcburiyyətindədir.
Nərmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












