Maşını azyaşlıya verib həyatını təhlükəyə atan valideyn - VİDEO

Maşını azyaşlıya verib onu videoya çəkdi və həmin videonu sosial şəbəkə hesabında paylaşaraq reklam etdi. Hadisə paytaxt Bakıda baş verib. Belə ki, 77-DJ-011 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sahibi, maşını azyaşlıya verərək onu videoya çəkməyə başlayıb. Görüntüdən aydın şəkildə görünür ki, sükan arxasında olan uşaq yetkinlik yaşına çatmayıb. Və onun avtomobili sərbəst şəkildə idarə etməsindən belə başa düşülür ki, bu birinci hal deyil.
Oğlan uşaqlarının avtomobilə marağı olması hamıya aydındır. Lakin valideyn uşağa düzgün tərbiyə vermək, ona qayda-qanunu aşılamaq əvəzinə vaxtından əvvəl sükan arxasına keçməyi öyrədirsə bu yaxşı hal hesab olunmur. Avtomobilin açarını icazəsiz götürüb yolda qəza törədən, hətta qəzada həyatını itirən azyaşlıların şahidi olmuşuq. Belə hadisələrin baş verməsinin birinci səbəbi valideyn məsuliyyətsizliyidir. Qaydalardan xəbərsiz azyaşlı yola çıxan zaman birmənalı şəkildə ölə və ya öldürə bilər. Uşaq avtomobili yerindən tərpədib dayandıra bilirsə o demək deyil ki, o maşın sürə bilir. Sükan arxasına keçməmişdən öncə qaydaları bilmək və sürücülük hüququnun olması vacibdir.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












