Maşını hara gəldi atıb gedən sürücülər - VİDEO

Avtomobillərinə “yer tapa bilməyən”sürücülər, qanundan kənar əraziləri parklanma zonasına çevirir.
Avtosfer.az xəbər verir ki, paytaxt küçələrində müxtəlif vaxtlarda qeydə alınmış görüntülər sürücülərin “düzgün yerə parklaya bilməmə” problemini aydın şəkildə göstərir. Təəssüf hissi ilə qeyd edək ki, sürüclüərin avtomobillərini uyğun yerdə saxlaya bilməmə xüsusiyyəti aktuallığını qoruyub saxlamaqda davam edir. Xüsusilə yola yaxın əraziləri - piyadalar üçün nəzərdə tutulmuş səkiləri, avtobus dayanacaqlarını, velosiped xətlərini, hətta parkları özlərinə sevimli məkan seçən sürücülər, etdikləri əməlin yanlış olduğunu bildikləri halda durumu normallaşdırıblar. Əməl sahibi sürücülərə “niyə bu ərazidə parklamısınız?” sualı verildikdə isə, müxtəlif bəhanələrə əsaslanan cavablar ala bilərsiniz. “İndi gedirəm, bir şey almaq üçün düşdüm”, “Evimin, işimin yanıdır”, “Parklanma üçün yaxın yer yoxdur”, “Digər ərazidə park etmə pulludur” kimi özünə haqq qazandıran cavabların verilməsi artıq təəccüblü qarşılanmır. Durumun əksər sürücü tərəfindən düzgün olmadığı məlum olsa da etdikləri hərəkətə məhəl qoymayanlar üçün yenidən vurğulayaq ki, belə hallara baş vuran avtomobil sahibləri “Yol Hərəkəti Haqqında” Qanunun 52-ci maddəsi “Dayanma və durma” başlığı altında olan bölməni gözdən keçirsinlər, sürücüyə yaraşmayan davranışları özlərindən kənar etsinlər.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
Masazırda sürücü ard-arda kobud qayda pozdu - 99-FV-979 - VİDEO
Sağdan gələn maşına yol verməyən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Cərimədən yayınmaq üçün avtobusun arxasında gizlənən sürücü CƏZALANDIRILDI - VİDEO
Bakıda avtobus piyadanı vuracaqdı: Açıq qapılar, təhlükəli manevr... - VİDEO
Bayraq Meydanının yanında sürücülərin görə bilmədiyi radar - VİDEO
Avtomobilin sol tərəfindən düşən sərnişinlərin diqqətinə! Cərimə olunacaqsınız - VİDEO
Gecə saatlarında etdiyi hərəkətə görə HƏBS EDİLDİ - VİDEO
Əks yolla gələn sürücü az qala motosikletçini vuracaqdı - VİDEO
Yol verməyən sürücü motosikletçini təhlükə ilə üz-üzə qoydu - VİDEO
Bakıda motosikletçi qaydanı pozdu - VİDEO
Hərəkətdə olan sürücüyə dayanma-durma cəriməsi yazıldı - FOTO










