Məktəbin qarşısında "hoqqa verən" AS seriyalı "Audi"nin sürücüsü SAXLANILDI - VİDEO

Bakıda təhsil müəssisəsinin qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün hərəkətlərini qeydə alan şəxs Dövlət Yol Polisi İdarəsinə şikayət ünvanlayıb. Sürücü etdiyi şikayətdə bildirib ki, 10-AS-445 qeydiyyat nişanlı “Audi” markalı avtomobilin sürücüsü sentyabrın 29-da “Oxbridge Academy”-nin qarşısında əks istiqamətli hərəkət zolağına çıxaraq svetoforun qırmızı işığında hərəkət edib.
Nizami rayon Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, vətəndaşın qeydə aldığı videogörüntülərə baxış keçirilərkən “Audi” sürücüsünün qayda pozuntusu öz əksini tapıb. “Adv Production” MMC-yə məxsus olan 10-AS-445 qeydiyyat nişanlı avtomobili idarə edən Bakı şəhər sakini Musayev Yaşar Ağamirzə oğlu saxlanılaraq idarəyə dəvət olunub və İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 327.4-cü maddələrini pozduğuna görə barəsində 4 bal 100 manat miqdarında cərimə tətbiq edilib.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












