Məşhur prospektdə "ara işləyib" trendə düşmək istəyən gənclər - VİDEO

Bakıda manevr və ötmə qaydalarını kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 10-MA-982 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü paytaxtın Ziya Bünyadov prospektində avtomobillərin arası ilə hərəkət edərək özünü qəhrəman kimi göstərməyə çalışıb. Avtomobildə olan sərnişinlərdən biri isə həmin videonu qeydə alaraq sosial şəbəkədə paylaşıb. Bununla da trendə düşməyə çalışıblar. Lakin qeyd edək ki, bu cür hərəkətlərin sonu bir gün faciə ilə nəticələnir. Əsasən gənclər nəqliyyat vasitələrindən biri sayılan avtomobilə əyləncə kimi yanaşırlar. Bu doğru deyil. Bütün nəqliyyat vasitələrində qaydaların olduğu kimi, avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələri üçün də qaydalar müəyyən edilib. Bu qaydalara ciddi şəkildə əməl etmək lazımdır ki, mənzil başına salamat çatasan.
Könül
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












