Moped idarə edən şəxslərin nəzərinə: “Prosesi təxirə salmadan icra etsinlər”

Son zamanlar moped sürücülərinin şikayətləri sosial şəbəkələrdə gündəm olub.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, avqust ayının 1-dən etibarən “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişikliyin icrası ilə əlaqədar, dövlət qeydiyyatına alınması tələb olunan və bu prosesi etməyən, eləcədə sürücülük hüququ olmadan idarə edilən mopedlərə nəzarət məqsədi ilə gündəlik xidmət həyata keçirilir.
Onun sözlərinə görə, keçirilən tədbirlərin əsas mahiyyəti “Yol hərəkəti haqqında” Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarətdir:
“Bu tədbirlər qanunda edilən əlavə və dəyişikliklərin nəticəsidir. Mopedlərin dövlət qeydiyyatına alınması və sürücülük hüququ olmadan idarə edilməsinin qarşısını almaq məqsədi ilə nəzarət profilaktik tədbirlər həyata keçirilir və bu proses mütəmadi olaraq davam etdiriləcək. Necə ki digər nəqliyyat vasitələrini idarə edən bütün şəxslərin təsnifatlaşdırılmış formada idarə etdiyi nəqliyyat vasitəsinə uyğun sürücülük hüququ olmalıdır, yəni avtomobillərini, motolarını mütləq şəkildə dövlət qeydiyyatına aldırmalıdırlar, eləcə də hazırda tələb olunan qaydada mopedlər də bu prosesdə bərəbər hüquqları daşıyırlar. Bu, qanunla müəyyən edilibsə, qanuna nəzarət edilməsi də DYP-nin səlahiyyətidir və polislərimiz də öz üzərinə düşən işi görürlər. Zamanında qanuna dəyişikliklər nəzərdə tutulanda və bu proseslərə zərurət yarananda sosial şəbəkələrdə, eləcə də geniş ictimaiyyətdə bütün təbəqələrdən olan vətəndaşlarımız bu gün aparılan islahatların sosial sifarişini verməklə yanaşı, mövcud dəyişiklikləri israrla aidiyyəti dövlət qurumlarından tələb etməklə müvafiq sahədə nəzarət mexanizimlərinin dərinləşməsini haqlı narazılıq və narahatlıqlarını ifadə etməklə tələb ediblər. Bir daha bu növ nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş edirik ki, qanunda nəzərdə tutulan tələblərin icrasını məsuliyyətlə, qanunun aliliyi prinsipinə əməl etməklə, məsuliyyəti düzgün qiymətləndirməklə, lazımi zəruri prosesi təxirə salmadan icra etsinlər ki, əlavə çətinliklərdə yaranmasın”.
Sürücüyə qayda pozmağı öyrədən təlimçi xanım özünü ifşa etdi - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
“Nə fərqi var, buradan da dönürəm” deyən sürücüləri CƏRİMƏ GÖZLƏYİR - FOTO
Keçiddə özündən çıxan sürücü nalayiq söyüşlər söyüb qoçuluq etdi - VİDEO
Daxili yüklərin qatarla daşınması yollarda qəzaların sayını azalda bilərmi? – ADY-dən AÇIQLAMA
Bütöv xətləri heçə sayıb ən sağ zolaqdan ən sola keçdi - 77-NV-052 - VİDEO
Əks yoldan gələn skuter sürücüsü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
“BakuBus” sürücüsü maşını zolağından çıxmağa məcbur etdi - VİDEO
Qəfil sola manevr edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Bu svetoforun əlavə bölməsi görünmür: Sürücülər boşuna dayanıb gözləyirlər - VİDEO
Bəzi sürücülərin hələ də bu qaydadan xəbəri yoxdur - Bu qədər cərimə və bal düşür - VİDEO












