Mübahisə edən sürücü sürətli yolda hərəkəti dayandırdı - VİDEO

Bakıda mübahisə edən sürücü yolu kəsib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 1-də, paytaxtın Ziya Bünyadov prospektində baş verib. Belə ki, 90-XU-211 qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobilin sürücüsü yolu kəsərək hərəkəti məhdudlaşdırıb. Görüntünü qeydə alan sürücü iddia edir ki, sağ zolaqdakı sürücü bir az gec yol verdiyi üçün mübahisə düşüb: “90-XU-211 qeydiyyat nişanlı avtomobilin sürücüsü qəza işıqlarını yandıraraq sürətlə hərəkət edirdi. Qarşıdakı maşın gec yol verdiyi üçün, sürətli yolda dayanıb onunla dava etməyə başladı və arxadan gələn sürücülərə qəza şəraiti yaratdı. Arxadakı maşınların hamısı sürəti azaldaraq qəzadan yayındılar. Buradan aydın olur ki, həmin sürücü heç yerə tələsmir. Tələsən adam yolda dayanıb kiminləsə mübahisə etmir” – deyə oxucu bildirib.
Könül
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












