Narkoman “Renault” sürücüsü ifşa olundu - FOTO

Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Belə ki, paytaxt sakini Aqil Məmmədovun idarə etdiyi "Renault" markalı avtomobil manevr qaydalarını pozduğu üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Aqil Məmmədovun narkotik maddə qəbul etməsi müəyyən olunub.
Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və Aqil Məmmədov inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir.
Bakıda kuryer motosikletin ön təkərini qaldırıb “şou” göstərdi - VİDEO
Prospektdə maşınlarını səkidə satışa çıxaran obyekt piyadalara mane olur - VİDEO
Maşın sürə-sürə prospekti zibillədi – 10-YE-955 - VİDEO
Nişana baxmayan sürücü baş yoldakı maşına təhlükə yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO












