Nə gedənə yol verilir, nə gələnə - 60 manat 3 bal - VİDEO

Avtomobilin videoregistratorunda çəkilmiş hadisə Yasamal rayonunun MİDA/Royal park dairəsində qeydə alınıb. Dairədən dönməyə çalışan sürücü yoluna davam etməli olduğu halda, “Hyundai” markalı 99-SS-287 dövlət nömrə nişanlı avtomobilin yanlış hərəkəti ilə maşınını saxlamaq məcburiyyətində qalıb. Videodan da görünür ki, qaydalara bələd olmayan xanım sürücü sol tərəfdən gələn maşınların hərəkətinə fikir belə verməyərək, rahat formada avtomobilini idarə edib.
Avtosfer.az xəbər verir ki, qayda pozuntusu bir neçə gün sora başqa sürücülər tərəfindən də pozulub. Belə ki, dairədən dönməyə çalışan maşına “Opel” markalı 77-HJ-764 və “Mitsubishi” markalı 90-PE-995 dövlət nömrə nişanlı iki avtomobil yol verməyib.
Qeyd edək ki, baş vermiş qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə, əsasən 60 manat, 3 bal dəyərində cərimə ilə nəticələnir.
Nurlan Sakitoğlu
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












