Neftçilər prospektində "ruçnoy" çəkib 220 ilə gedən "BMW" sürücüsü kimdir? - VİDEO

Bakıda “BMW” ilə avtoxuliqanlıq edən sürücü öz hərəkətlərini sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, “BMW” markalı avtomobilin sürücüsü paytaxtın Yasamal rayonu A.M.Şərifzadə küçəsində svetoforun qırmızı işığında yolayrıcına daxil olub geriyə dönərək drift edib. Həmçinin Səbail rayonu Bünyad Sərdarov küçəsində və Neftçilər prospektində duracaq tormozundan istifadə edərək avtomobili əks tərəfə fırladıb. O cümlədən, avtomobildə sərnişinlər olan zaman müxtəlif driftlər edərək onların həyatını təhlükəyə atıb.
Qeyd edək ki, bu hərəkətlərlə yanaşı sürücü birtərəfli hərəkət təşkil edilmiş yolda axına qarşı hərəkət edərək avtomobillərin üzərinə sürüb. Daha bir görüntüdə isə avtomobili 220 km/saat sürətlə idarə edərək sürət həddini kobud şəkildə pozub.
Emin.
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO












