Daha bir “avtoş” toy karvanında “hoqqa” verdi - VİDEO

Toy karvanlarında təhlükəli sürən sürücülər toy sahiblərinin şad günlərini burnundan gətirir. Nə cərimələr, nə qəzalar bu hoqqabazları əməllərindən usandırmır. Onlardan biri yenə iş başındaykən “avtoşluğ”unu videoya çəkdirib və özünü ifşa edib.
Avtosfer.az bildirir ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü maşınını toy karvanında ətrafa və digər sürücülərə narahatlıq yaradacaq şəkildə idarə edib. O, sükanı tez-tez sağa-sola çevirərək “avtoş”luğa məxsus bütün məharətlərini nümayiş etdirib. Yanından keçən digər avtomobildəkilər isə onun bu əməlini alqışlayaraq videoya çəkib. Maraqlısı budur ki, çox zaman toy sahiblərinin karvanlarına qoşulan belə sürücülərdən ya xəbəri olmur, ya da bu cür sürücülər etrizalara baxmayarq əməllərini icra edir. Sonda isə ya qəza baş verir, ya da polis toy karvanını saxlayır. Hər iki vəziyyətdə də olan toy sahibinə olur.
Qeyd edək ki, son bir ayda yolda hərəkəti çətinləşdirən, təhlükə yaradan toy karvanaları saxlanılıb və səbəbkar sürücülər cəzalandırılıb. Görünür hələ də bəziləri bundan dərs götürməyib.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












