Yol polisi özünü və başqalarını təhlükəyə atan piyadanı belə SAXLADI - VİDEO

Qaydalar 22 İyun 2026 09:30
Yol polisi özünü və başqalarını təhlükəyə atan piyadanı belə SAXLADI - VİDEO
WhatsApp kanalımıza abunə olun

Qanunvericiliyin tələblərinə əsasən, piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yaxınlıqda yerüstü piyada keçidinin olmasına baxmayaraq, onlar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə cəhd göstərən piyadanı yol polisi saxlayıb və onunla maarifləndirici söhbətlər aparıb.

Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur.

 

Oxunub : 406
ŞƏRH YAZ
Ad

E-mail

Şərh