Çimərliklərə gedənlərin NƏZƏRİNƏ!

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib.
Nazirlikdən Avtosfer.az-a bildirilib ki, aparılan geniş maarifləndirmə işlərinə, eləcə də küləkli hava şəraitində və qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsi barədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd yanaşması ağır nəticələrə səbəb olur.
Qeyd olunub ki, paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən və “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə, küləkli hava şəraitində baş vermiş son sudabatma hadisəsi təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini bir daha göstərir.
FHN vətəndaşları küləkli hava şəraitində dənizə girməməyə, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə, qeyri-çimərlik ərazilərdə çimməməyə və xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyə çağırıb.
Nazirlik xatırladıb ki, qaydalara biganə yanaşmaq insan həyatı üçün ciddi təhlükə yaradır.
Təhlükə zamanı 112 qaynar xəttinə zəng etmək tövsiyə olunur.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












