Özünü yolun soluna atan sürücü qəza şəraiti yaratdı - VİDEO

Sürətli yolda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, 71-BB-390 qeydiyyat nişanlı "Hyundai Sonata" markalı avtomobilin sürücüsü avqustun 5-də yanacaqdoldurma məntəqəsindən Bakı-Sumqayıt yoluna daxil olarkən sol zolaqdakı avtomobilin qarşısına çıxıb. Sürücü səs siqnalı və sərt tormoz verərək qəzanın qarşısını vaxtında ala bilib.
Əksər sürücülər bitişik ərazilərdən yola çıxarkən bir başa sol zolaqlara manevr edir. Bu isə ən təhlükəli qayda pozuntularından biri hesab olunur. Videogörüntüdən də aydın şəkildə görünür ki, sürücü yanacaqdoldurma məntəqəsindən çıxan zaman sağ zolaqla hərəkət edə bilərdi. Lakin sürücülərdə yaranmış sol zolaq sindromu onları sağ zolaqla hərəkət etməkdən çəkindirir. Nəticədə isə digər hərəkət iştirakçıları təhlükəli vəziyyətdə qalır.
Təbriz
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO












