Piyadalar bu yolun hərəkət hissəsindən qarşı tərəfə keçə bilməyəcəklər - VİDEO

Yasamal rayonunun ''Şamaxinka'' adlanan ərazisində yolun kənarlarına dəmir məhəccərlər vurulur. Məqsəd piyadaların yolun hərəkət hissəsindən keçməsinin qarşısını almaqdır. Sözügedən ərazidə piyadaların yolu təhlükəsiz keçməsi üçün yerüstü piyada keçidi inşa edilib. Ancaq bir çox piyada keçiddən yox, birbaşa yolun hərəkət hissəsindən keçirlər.
Avtosfer.az bildirir ki, paytaxtın Yasamal rayonu, Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində bir il əvvəl yerüstü piyada keçidi inşa edilərək istifadəyə verilib.
Məqsəd piyadaların yolun hərəkət hissəsindən keçməsinin qarşısını almaq idi. Ancaq bəzi piyadalar nədənsə həmin keçiddən istifadəyə üstünlük vermirlər.
Vəziyyətdən çıxış yolu kimi əraziyə dəmir məhəccərlər yerləşdirilir.
Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev prospektində də yolun kənarına səkiboyu dəmir məhəccərlər quraşdırılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












