Polis güzgüyə baxmadan manevr etdi; dəhşətli qəzaya səbəb oldu - VİDEO

Sürət həddi yüksək olan yolda sol zolağın təhlükəsizliyini yoxlamadan manevr etməyə çalışan polis maşınının sürücüsü qəzaya səbəb olub. Avtosfer.az bildirir ki, hadisə Rusiyanın Sverlovski vilayətində baş verib. Yük avtomobilini ötməyə çalışan polisi görən “Lada” markalı avtomobilin sürücüsü bir anda özünü itirərək əyləcə basıb. Lakin o, avtomobildə idarəetməni itirib və maşın yoldan çıxaraq çevrilib. Polis isə səbəb olduğu qəzanı görüb avtomobilini yolun sağ hissəsində saxladıqdan sonra köməyə gedib. Hadisə nəticəsində “Lada”nın sürücüsü ağır yaralanıb.
Onu da vurğulayaq ki, sürücülər çox zaman qəza şəraitindən yayınmaq üçün sükanı sağa-sola çevirir və bu da bəlkə də yüngül ötüşə biləcək qəzanın fəsadlarını daha da ağırlaşdırır. Bununla yanaşı avtomobilin yoldan çıxmasına təkərlərdəki nasazlıq da səbəb ola bilir. Belə ki, sürücü əyləcə basdığı halda sükanı çevirmədən əgər avtomobil sağa və ya sola doğru hərəkət edirsə, deməli ya təkər balansında problem var, ya da təkərlərin hər hansı birində “keçəlləşmə” gedib. Sürücü əyləcə basarkən yaxşı vəziyyətdə olan təkər asfalta yapışır, “keçəl” təkər isə sürüşərək avtomobili də dalınca sürükləyir.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












