Qabağa düşmək istəyən sürücülər yol çiyninə çıxıb tıxacı daha da şiddətləndirdilər - VİDEO

Bakı-Sumqayıt yolunda kütləvi şəkildə qayda pozan sürücülər anbaan görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 7-də saat 08:08 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 77-NA-945 dövlət nömrə nişanlı “KIA” markalı, 50-CP-340 dövlət nömrə nişanlı “Toyota” markalı, 50-EG-896 dövlət nömrə nişanlı “Toyota” markalı, 77-EF-115 dövlət nömrə nişanlı “Hyundai” markalı, 50-CL-660 dövlət nömrə nişanlı “Hyundai” markalı, 77-HQ-027 dövlət nömrə nişanlı “KIA” markalı, 90-KB-394 dövlət nömrə nişanlı “Mercedes” markalı, 90-HZ-850 dövlət nömrə nişanlı “Volvo” markalı, 77-HJ-348 dövlət nömrə nişanlı “KIA” markalı və 99-LL-487 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobillərin sürücüləri nişanlanma xəttinin tələbini pozublar. Belə ki, onlar tıxacda gözləmək istəmədikləri üçün zolaqdan çıxaraq yol çiyni hərəkət ediblər. Sözügedən sürücülər tunelə yaxınlaşanda isə yenidən sola manevr edərək zolağa keçiblər. Nəticədə onlar digər nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədiblət və daha çox sıxlığın yaranmasına səbəb olublar.
Hətta onlardan biri iradını bildirən sürücüyə cavabında “Bax, önün boşdur. Getmirsən imkan ver mən girim” deyərək törətdiyi xətaya haqq qazandırıb.
Nərmin
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












