Qapısı açıq vəziyyətdə sərnişinləri ölümə aparan sürücü - VİDEO

Bakıda avtobus sürücüsünün hərəkətini sərnişinlərdən biri videoya çəkərək redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, 91 saylı marşrut xətti üzrə fəaliyyət göstərən 90-LM-434 qeydiyyat nişanlı “SAZ” markalı avtobusun sürücüsü Biləcəri qəsəbəsi ərazisində qapıları açıq vəziyyətdə hərəkət edib. Sürücü sərnişinlərin etiraz etməsinə əhəmiyyət verməyərək yüksək sürətlə hərəkətini davam etdirib.
Qeyd edək ki, həmin vaxt avtobusda ayaq üstə daşınan sərnişin də olub. Sürücünün hansısa sərt manevri və ya tormozlaması nəinki ayaq üstə duran, hətta qapıya yaxın əyləşmiş sərnişinlərin də açıq qapıdan bayıra yıxılmasına gətirib çıxara bilərdi. Ona görə də “Yol hərəkəti haqqında” qanunda qapıları açıq vəziyyətdə nəqliyat vasitəsinin hərəkəti qadağan edilib.
Ümid edirik ki, həm Dövlət Yol Polisi İdarəsi, həm də Bakı Nəqliyyat Agentliyi həmin sürücünün cəzalandırılması istiqamətində işlər görəcək.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












