Qayda pozan sürücüyə irad bildirildi, vecinə almayıb hoqqa verdi - VİDEO

Bakıda qaydaları pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 8-də, paytaxtın Moskva prospektində baş verib. Belə ki, 10-ZU-530 qeydiyyat nişanlı “Nissan” markalı avtomobilin sürücüsü 60 km/saat sürət təşkil olunmuş tuneldə yüksək sürətlə hərəkət edərək görüntünü qeydə alan avtomobildən yol istəyib. Videogörüntünü redaksiyamıza göndərən oxucu bildirir ki, asfalt üzərində bütöv xətt olduğu üçün sağ zolağa yerdəyişmə edə bilməyib. Sürətlə gələn sürücü bütöv xətti kəsərək sağdan ötmə edib. Daha sonra isə hərəkət sürətini aşaraq gözdən itib. Görüntüdən də aydın görünür ki, sürücü nə qədər yüksək sürətlə hərəkət etsə də, sonda tıxacda qalıb. Videonu qeydə alan sürücü bu situasiyanı izah etməyə çalışsa da, o, buna əhəmiyyət verməyərək qarşıdakı sürücüləri sağdan ötüb və eyni hərəkətləri təkrarlamağa çalışıb.
Qeyd edək ki, yüksək sürətlə sürmək, sağdan-soldan ötərək tələskənlik etmək heç kimi 1 dəqiqə də olsun irəli salmır. Əksinə təhlükə ilə üzləşirlər və ya kimisə təhlükə altında qoyurlar. Eyni zamanda qəzaya düşərək ya ölürlər, ya da öldürürlər.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












