Qayda pozan xanım sürücü baxın qarşı tərəfi necə səhv çıxartdı - VİDEO

Qayda pozub qarşı tərəfi günahlandıran xanım sürücü sosial şəbəkədə qınaq obyektinə çevrilib.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə dünən (8 oktyabr) günorta saatlarında Yasamal rayonunun Məhəmməd Hadi küçəsində qeydə alınıb. Videodan göründüyü kimi, dayanma-durma qaydasına məhəl qoymayan sürücü qanuna uyğun parklanmış avtomobilin qayda pozduğunu bildirərək şikayətini dilə gətirib. Belə ki, xanım sürücü avtomobilinin arxa tərəfində parklanmış maşını iki saat gözlədiyi və maşınların hərəkətinə maneə törətdiyini vurğulayıb. Sürücünün şikayətinə səbəb olan 10-AZ-549 dövlət nömrə nişanlı, “Mercedes”markalı avtomobilin park edildiyi yer xətlənmə nişanına uyğun olaraq qanuna zidd deyil. Piyadalar üçün nəzərdə tutulmuş səkini zəbt edən xanım sürücünün isə qayda pozuntusuna baş vurduğu aydın şəkildə göz önündədir.
Nərmin
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












