Qayda pozub qəzaya səbəb olan “Rolls-Royce” sürücüsü saxlanıldı – Cinayət işi açıldı - VİDEO

Yol hərəkəti qaydasını pozaraq qəzaya səbəb olan “Rolls-Royce”un sürücüsünə qarşı cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Sankt-Peterburq şəhərindən baş verib.
Belə ki, Poqraniçnik Qarkavoqo küçəsi ilə Peterqof şossesinin kəsişməsində “Rolls-Royce Cullinan” markalı avtomobilin 37 yaşlı sürücüsü yol hərəkəti qaydalarını pozaraq dönmə əməliyyatı edib və bu zaman eyni istiqamətdə hərəkətdə olan “Harley” markalı motosiklet ona çırpılıb. Toqquşmanın təsirindən motosiklet aşıb və avtomobil asfalta çırpılan 35 yaşlı baykerin üzərindən keçib. Zərərçəkən müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Lüks avtomobilin sürücüsünə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 1-ci hissəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi açılıb və saxlanılıb.
Namiq Musayev
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












