Qayda pozub təhlükə yaradır, üstəlik özünü haqlı çıxarır - VİDEO

Bakı-Sumqayıt yolunda qayda pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 8-də baş verib. Belə ki, 10-RK-360 dövlət qeydiyyat nişanlı, “Tofaş” markalı avtomobilin sürücüsü sağa dönəcəyi halda sol zolaqla hərəkətini davam etdirib.
Yolun hərəkət hissəsində yerləşmə qaydasını pozan sürücü son anda sağa manevr edərək görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Bu azmış kimi “yol istəyirəm də, hamımız sürücüyük” deyərək özünə haqq qazandırmağa çalışıb.
Qeyd edək ki, əksər sürücülər gedəcəkləri istiqaməti öncədən seçmirlər. Son anda manevr edərək qəza şəraiti yaradır və “yol versən nə olacaqdı”, “sürücü sürücünü başa düşər” deyərək qarşı tərəfi haqsız durma salmağa çalışırlar. Sürücülüyü misal gətirən şəxs qaydalara ciddi şəkildə əməl etməli, heç kimə təhlükəli vəziyyət yaratmamalıdır. Sürücünün əsas vəzifəsi bundan ibarətdir.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












