Qayda-qanunu saymayan sürücülər; əks istiqamət, qırmızı işıq, sərt manevr - VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozan sürücülərin görüntüləri kameraya düşüb. Avtosfer.az-a oxucular tərəfindən göndərilən qayda pozuntularından biri Əbdurrəhimbəy Haqverdiyev küçəsində qeydə alınıb. Belə ki, “Audi” markalı, 10-VH-105 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ən sol zolaqla hərəkət edir. Qəflətən 4 zolağı kəsərək sağa manevr edir və svetoforun qırmızı işığında yolayrıcına daxil olaraq soldan gələn avtomobillərin yoluna çıxmaqla təhlükə yaradır.
Digər qayda pozuntusu isə Bakıxanov küçəsində - Rusiya səfirliyinin qarşısında qeydə alınıb. “Jeep” markalı, 11-XX-011 dövlət nömrə nişanlı avtomobilin sürücüsü svetoforun qırmızı işığında dayanmamaq üçün əks istiqamətli yola çıxır. Ardınca da qadağanedici işarəyə əhəmiyyət verməyərək hərəkəti davam edirir.
Hər iki qayda pozuntusunun görüntüsünü təqdim edirik:
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












