Qaydalardan xəbərsiz sürücü piyadaların yolunu kəsdi, DYP dərhal cərimələdi - VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozaraq piyadaların yolunu kəsən sürücü cərimələnib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, martın 4-də, paytaxtın Şah İsmayıl Xətai prospketində hərəkət edən 77-PN-572 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü yolayrıcında tıxacın olmasına baxmayaraq hərəkətinə davam edib. Lakin tıxac səbəbindən hərəkətini başa çatdıra bilmədiyi üçün piyada keçidinin üzərində dayanıb. Yolu keçmək istəyən piyadalar maneə ilə üzləşiblər. Görüntülər yayıldıqdan dərhal sonra yol polisi əməkdaşları sürücünü müəyyən edib. Məlum olub ki, xətanı 2001-ci il təvəllüdlü Əhmədzadə Yadigar Məcid oğlu törədib. O, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilib.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












