Qaydalardan xəbərsiz sürücü piyadaların yolunu kəsdi - VİDEO

Bakıda yol hərəkəti qaydalarından xəbərsiz sürücü piyadaların hərəkətinə mane olub.
Avtosfer.az xəbər verir ki, videogörüntü martın 4-də, paytaxtın Şah İsmayıl Xətai prospketində qeydə alınıb. Belə ki, 77-PN-572 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü yolayrıcında tıxacın olmasına baxmayaraq hərəkətinə davam edib. Lakin tıxac səbəbindən hərəkətini başa çatdıra bilmədiyi üçün piyada keçidinin üzərində dayanıb. Yolu keçmək istəyən piyadalar maneə ilə üzləşiblər.
"Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsində qeyd olunub ki, yolayrıcından və ya kəsişmə yerlərindən o tayda tıxac yaranıbsa, belə kəsişmə yerlərinə daxil olmaq qadağandır. Çox təəssüf ki, əksər sürücülər bu qaydadan xəbərsizdir. Bu səbəbdən də yolayrıcına daxil olaraq digər istiqamətdən gələn sürücülərin yolunu kəsirlər. Nəticədə xaos yaranır.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












