Qaydalardan xəbərsiz sürücülər yolu kəsib təhlükə yaratdılar - VİDEO

Bakıda yol hərəkəti qaydalarından xəbərsiz sürücülər kobud şəkildə qayda pozuntusu törədiblər. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 28-də, paytaxtın Həsən bəy Zərdabi küçəsində baş verib. Belə ki, görüntünü qeydə alan sürücü yolayrıcından geriyə dönən zaman İsmayıl Talıblı küçəsindən gələn sürücülər ona yol verməyib. İ.Talıblı küçəsindəki svetofor obyektinin əsas bölməsinin qırmızı olduğu halda əlavə bölmə üzrə hərəkət edən 99-RB-017 qediyyat nişanlı “Hyundai” markalı və onun ardınca gələn 77-BP-642 qeydiyyat nişanlı “Opel” markalı avtomobillərin sürücüləri yol vermədən hərəkətlərinə davam ediblər. Hətta 99-RB-017 qediyyat nişanlı “Hyundai” markalı avtomobilin xanım sürücüsü qayda pozmasına baxmayaraq əl hərəkətləri ilə etiraz etməyə başlayıb.
“Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin ll hissəsində qeyd olunub ki, svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












