Qaydaları pozaraq yol infrastrukturuna zərər vuran sürücü saxlanıldı - VİDEO

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi diqqət yetirilir.
Qurumdan Avtosfer.az-a bildirilib ki, bu kateqoriyaya aid nəqliyyat vasitələrinin normativ tələblərə uyğun istismarı ilk növbədə yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunmasına xidmət edir. Normadan artıq yüklənmə isə idarəetməni çətinləşdirir, əyləc məsafəsini artırır və qəza riskini yüksəldir.
Eyni zamanda, yolların qorunması və örtüyün vaxtından əvvəl sıradan çıxmasının qarşısını almaq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müasir elektron tərəzi sistemləri tətbiq olunur. Bu sistemlər vasitəsilə normadan artıq yüklənmiş nəqliyyat vasitələri aşkar edilərək qanunvericiliyə uyğun tədbirlər görülür.
Birgə açıqlamada qeyd olunub ki, bəzi sürücülər elektron tərəzilərə yaxın ərazilərdə riskli manevrlər edir, dövlət qeydiyyat nişanlarını örtərək nəzarətdən yayınmağa çalışırlar ki, bu da digər hərəkət iştirakçıları üçün əlavə təhlükə yaradır.
Belə hallardan biri aprelin 22-də saat 15:50 radələrində Bakı–Qazax avtomobil yolunun 330-cu kilometrliyində qeydə alınıb. Belə ki, “Kamaz” markalı yük avtomobilinin sürücüsü Elvin Məmmədiv elektron tərəziyə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən çıxararaq çiyinlə hərəkət etməyə cəhd göstərib və nəticədə beton arakəsmələrə ziyan vurub.
Sürücünün qanunazidd hərəkətləri müşahidə kameraları vasitəsilə aşkarlanıb və o, Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Fakt üzrə sürücü inzibati məsuliyyətə cəlb edilib.
Qurumlar yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri bir daha normativ yüklənmə qaydalarına və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
Bakıda kuryer motosikletin ön təkərini qaldırıb “şou” göstərdi - VİDEO
Prospektdə maşınlarını səkidə satışa çıxaran obyekt piyadalara mane olur - VİDEO
Maşın sürə-sürə prospekti zibillədi – 10-YE-955 - VİDEO
Nişana baxmayan sürücü baş yoldakı maşına təhlükə yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO












