Rayon yollarında ölümün bir addımlığından dönən daha bir sürücü – 30-BX-122 - VİDEO

Sabirabad yolunda qayda pozaraq təhlükə yaradan sürücü peyda olub. Avtosfer.az-a video göndərən sürücü bildirib ki, iyunun 18-də, saat 17.20 radələrində “BMW” markalı, 30-BX-122 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ötmə-manevr qaydalarını kobud şəkildə pozaraq təhlükəli vəziyyət yaradıb. Belə ki, sürücü qarşıdan gələn nəqliyyat vasitəsinin yaxın məsafədə olduğunu görə-görə ötmə əməliyyatına başlayır.
Digər avtomobilin sürücüsü onu da bildirir ki, sürəti azaldıb biraz sağa çəkilməsəydə dəhşətli qəza baş verə bilərdi.
Qeyd edək ki, son günlər respublika əhəmiyyətli yollarda ağır qəzaların əksəriyyəti məhz bu cür qarşı-qarşıya toqquşmalar səbəbindən baş verir. Əksəriyyəti də ölümlə nəticələnir. Çünki yüksək sürətlə toqquşmalarda ölüm qaçılmazdır.
Sürücülər sanki ölümə tələsirlər.
Emin
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO
Svetofora baxmayan sürücü qırmızı işıqda keçdi - VİDEO
Təcili yardım maşınlarının sürücüləri təlimlərə cəlb edilməlidir – ELMƏDDİN MURADLI
Baş yoldakı maşını gözləməyən avtobus sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Kəmər taxmağı özünə ayıb bilən müğənni telefon əlində maşın sürdü - VİDEO
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO
Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610 - FOTO
Tanınmış bloger atasına yazılmış cəriməyə görə DYP-yə təşəkkür etdi - VİDEO















