Şəhərdə "protiv" sürən və 4630 manat ödənilməyən cəriməsi olan YOL POLİSİ KİMDİR? - FOTO - VİDEO

Maşınını etibarnamə ilə polis əməkdaşına satan şəxs problemlə üzləşib. Bakı şəhər sakini Rövşən Məmmədov Avtosfer.az saytına müraciət edərək bildirir ki, atası Xudayat Məmmədovun mülkiyyətində olan 10-RA-282 qeydiyyat nişanlı “Nissan Maxima” markalı avtomobili etibarnamə ilə yol polisi əməkdaşı Əliyev Natiq Zahid oğluna satıb. Lakin 1 il ərzində avtomobili öz adına rəsmiləşdirmədiyi üçün etibarnamə qüvvədən düşüb və o vaxtdan da avtomobili etibarnaməsiz idarə edir.
R.Məmmədovun sözlərinə görə maşının hazırkı sahibininin törətdiyi xətalara görə tərtib edilmiş elektron qərarların hamısı onun atasının adına rəsmiləşdirilir. O, bu barədə dəfələrlə Dövlət Yol Polisi İdarəsinə müraciət etməsinə baxmayaraq avtomobilin mühafizə olunan duracağa yerləşdrilməsi təmin edilmir.
Qeyd edək ki, hal-hazırda sözügedən avtomobilin üzərində ödənilməyən 4630 manat cərimə mövcuddur.
Ümid edirik ki, qısa zaman ərzində həmin avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi təmin ediləcək və tərtib edilmiş elektron qərarlar xətanı törədən sürücünün adına rəsmiləşdiriləcək.
Avtosfer.az-ın araşdırmasına görə, avtomobilin hazırkı sahibinin yol hərəkəti qaydasını kobud şəkildə pozaraq birtərəfli yolun əksi istiqamətinə hərəkət etməsi ilə bağlı sosial şəbəkədə videoları da dərc edilib. Həmin videogörüntünü təqdim edirik:
Emin
.jpg)
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
















