Şəhərdə "qoçuluq" edib nalayiq söyüşlər söyən bu sürücü imiş - POLİS CƏRİMƏLƏDİ - VİDEO

Bakıda qaydaları pozub qəza şəraiti yaradan sürücü məsuliyyətə cəlb edilib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, 99-NY-127 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü paytaxtın Ağ Şəhər bulvarında yol hərəkəti qaydasını pozaraq görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. Qəza şəraiti ilə üzləşən sürücü səs siqnalı ilə xəbərdarlıq edən zaman o, dayanaraq mübahisə etməyə başlayıb. Etdiyi səhvi boynuna alaraq üzr istəmək əvəzinə, “başqa maşın olsaydı siqnal verməyə duxun çatardı?”, “ağıllı ol” - deyərək nalayiq söyüşlər söyməyə başlayıb.
Videogörüntü dərc edildikdən sonra yol polis həmin sürücünün kimliyini müəyyən edib. Məlum olub ki, xətanı törədib söyüş söyən sürücü Bayramov Murad Bəbir oğludur. O, törətdiyi qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 3 bal 60 manat məbləğində cərimə edilib.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












