Azərbaycanda polisi təhqir edib avtoxuliqanlıq edən 4 nəfər HƏBS EDİLDİ - FOTO

Şəmkirdə avtoxuliqanlıq edən şəxslər həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 20-də axşam saatlarında Şəmkir rayon İrmaşlı kənd sakini Vasif Mirzəoğlu dostu və həmkəndlisi Sənan Tağıyevə məxsus “VAZ” markalı avtomobil ilə, toy mərasimində spirtli içki qəbul etdikdən sonra rayon ərazsində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozub və bununla da vətəndaşların haqlı narazılığına səbəb olub. Sürücülük hüququ olmadan avtombil idarə edən “sürücü” polis əməkdaşları tərəfindən saxlanılan zaman o, avtomobildə olan digər sərnişinlər-Elmar Adıgözəlov, Sənan Tağıyev və Qismət Hüseynov sərxoş halda polisin qanuni tələblərinə tabe olmayaraq, nalayiq ifadələr işlədərək ictimai xuliqanlıq ediblər. Saxlanılaraq Polis Şöbəsinə gətirilən şəxslər barəsində İnzibatə Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə V. Mirzəoğlu 25, E. Adıgözəlov 3, S. Tağıyev və Q. Hüseynov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













