Sığorta şirkətlərinin bu hərəkəti qanunsuzdur- DİQQƏTLİ OLUN

Son zamanlar sığorta şirkətləri sürücülərə qarşı daha bir qanuna zidd hərəkət edir. Bu hərəkət ondan ibarətdir ki, ər və ya arvad birgə nikah dövründə əldə etdikləri avtomobillə qəza törədən zaman sığorta şirkəti qarşı tərəfə ödədiyi məbləği məhkəmə qaydası ilə onlardan alır.
Bəs nikah haqqında şəhadətnamə ilə avtomobili idarə edib qəza törədən zaman subroqasiya qaydası yarana bilər?
Qeyd edək ki, qanunvericiliyə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan və ya nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən şəxs qəza törədərsə, bu zaman subroqasiya yarana bilər. Lakin ər və ya arvad birgə nikah dövründə əldə etdikləri avtomobili etibarnaməsiz idarə edərsə burada subroqasiyadan söhbət gedə bilməz. Çünki Ailə Məcəlləsinin 32-ci maddəsinə görə ər və arvadın nikah dövründə əldə etdikləri əmlak, onların hər ikisinin mülkiyyəti hesab olunur. Yol Hərəkəti Haqqında Qanuna görə isə, şəxs öz mülkiyyətində olan avtomobili problemsiz olaraq idarə edə bilər. Eyni zamanda Mülki Məcəllədə də buna bənzər maddələr var.
Bu vəziyyətdə sığorta şirkəti ödədiyi məbləği subroqasiya qaydasında sığortalıdan tələb etməsi qanuna ziddir. Təbii ki, sığorta şirkəti ödənişdən yayınmaq üçün bu cür yollara əl atır. Məhkəmələrdə isə yalnış formalaşmış praktika sığortalının hüquqlarının pozulması ilə nəticələnir.
Təbriz Yusubov
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












