Sola dönərkən bunu etsəniz cərimələnəcəksiniz: 3 bal 60 manat - VİDEO

Paytaxtın Yasamal rayonu A.M.Şərifzadə küçəsində sola manevr edən sürücü qaydaları pozub. Avtosfer.az xəbər verir ki, 01-AD-593 qeydiyyat nişanlı "İveco" markalı avtomobilin sürücüsü sola dönən zaman qarşıdan hərəkət edən avtomobillərin yoluna çıxaraq onların hərəkətini məhdudlaşdırıb. Görüntülər iyunun 19-da qeydə alınıb.
Sola və ya geriyə dönən sürücü yolayrıcında və ya geriyə dönmə yerlərində əks istiqamətə çıxmadan dayanıb qarşıdan gələn avtomobillərə yol verməlidir. Sürücülərin əksəriyyəti sola dönən zaman qarşıdan gələn avtomobillərin zolağında dayanaraq onlara guya yol verirlər. Əslində onlar yol verməmiş sayılırlar. Çünki, ən azından qarşıdan gələn avtomobillərin hərəkət istiqamətini dəyişmiş olurlar ki, bu da qayda pozuntusu sayılır. Buna görə isə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydasının pozulduğu üçün sürücü 3 bal 60 manat cərimə oluna bilərlər.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












