Sürücü 40 manatlıq qaydanı pozmamaq üçün yol polisinin gözü qarşısında görün nə etdi - VİDEO

Sürücü 50 metr qarşıdan geriyə dönmək əvəzinə qaydaları pozdu. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Mikayıl Müşviq küçəsi ilə İsmayıl bəy Qutqaşınlı küçəsinin kəsişməsində baş verib. Belə ki, M.Müşviq küçəsi ilə hərəkət edən 90-FN-002 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü İ.Qutqaşınlı küçəsinə dönmək üçün yol patrul xidməti əməkdaşının gözü qarşısında bütöv xəttin tələbini pozaraq hərəkət edib.
Qeyd edək ki, M.Müşviq küçəsi ilə hərəkət edən sürücülərin sola- İ.Qutqaşınlı küçəsinə dönməsi qadağandır. Bu səbəbdən də sürücülər öncə sağa dönməli və 50 metr qarşıdan geriyə dönərək istədikləri istiqamətə hərəkət edə bilərlər.
Lakin bu sürücü sola dönmənin qadağan olduğunu görərək daha kobud qayda pozuntusuna yol verib. Belə ki, M.Müşviq küçəsindən sola dönmənin cəriməsi 40 manat, bu cür manevr etməklə bütöv xəttin tələbini pozmaq isə 60 manat 3 baldır.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












