Məsuliyyətsiz sürücü hərəkətdə olan maşında iki azyaşlını təhlükəyə atdı - VİDEO

Avtomobildə iki azyaşlı övladı ilə hərəkət edən sürücü onların canını təhlükəyə atıb. Avtosfer.az bildirir ki, Oğuz-Qəbələ yolunda hərəkətdə olan 90-GR-694 qeydiyyat nişanlı “Lada” markalı avtomobilin sürücüsü həm kiçik övladını qucağına alaraq avtomobil idarə edib, həm də uşağın açıq pəncərədən yarıya qədər çölə çıxmasına göz yumub. Bununla yanaşı arxada heç bir təhlükəsizlik qaydalarına əməl edilmədən əyləşdirilən digər uşaq da gah sağ, gah da sol pəncərənin açıq olan qismindən başını tez - tez çölə çıxarıb. Burada sürücünün haqqını yemək olmaz, heç olmasa arxa pəncərəni uşaq yerə düşməyəcək qədər açmağı ağlına gətirib. Uşaqların bu cür təhlükəli hərəkətləri yoldan keçən digər sürücüləri də narahat etdiyindən onlar körpələrin atasına xəbərdarlıq etsələr də o, heç kimə əhəmiyyət vermədən eyni qaydada yoluna davam edib.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












