Sürücülər bu küçədə kütləvi qayda pozur: 3 bal 60 manat cəriməsi var - VİDEO

Paytaxtın İnşaatçılar prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində sürücülər kütləvi şəkildə qayda pozuntusu edirlər. Bir müddət əvvəl bu barədə videomaterial dərc etmişdik. Lakin sürücülər hələ də qayda pozmaqda davam edir. Sürücülərdən biri həmin kəsişmədə qayda pozan sürücülərin videosunu qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, Əbdürrəhim bəy Haqverdiyev küçəsindən sola – İnşaatçılar prospektinə dönən sürücülər qarşıdan 10-cu Keçid adlanan küçədən gələn sürücülərə yol vermirlər. Nəticədə sözügedən kəsişmədə xaos yaranır.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin I hissəsinə görə, nəqliyyat vasitələri sürücüləri svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Bu qaydanın pozulması İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyət yaradır.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












