Sürücülər hansı qaydaları daha çox pozur? – Səbəbləri AQİL RƏHİMOV AÇIQLADI

Ölkə ərazisində təxminən 1 850 000-ə qədər minik avtomobili rəsmi qeydiyyatdan keçib. Bu, öz növbəsində yollarda pozulan qaydaların miqyasını təsvir etmək üçün bir göstəricidir.
Maraqlıdır, ölkədə sürücülərin ən çox pozduğu qaydalar hansılardır?
Mövzu ilə bağlı qəzalar əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a deyib ki, baş verən qəzaların səbəbləri arasında ən önəmlisi bəzi sürücülərin yol hərəkəti qaydaları mövzusunda savadsız olmasıdır:

“Digər qisim isə savadlı olduğu halda, qaydalara riayət etmir. Tez-tez pozulan qaydalar arasında ilk sırada dönmə işıqlarını yandırmamaq və başqasının zolağına daxil olmaq yerləşir. Bundan başqa, ötmə qaydalarının pozulması, qoşa xəttin tələbini qəsdli şəkildə pozaraq qarşı zolağa çıxanların da vaxtaşırı kameralara düşdüyünü görə bilərik”.
A.Rəhimov onu da vurğulayıb ki, ən əsası sürücüdə yol mədəniyyəti olmalıdır:
“Sürücü mədəniyyəti bəzilərində az olduğuna görə özlərini başqasını yerinə qoya bilmirlər. Yəni əsas mədəniyyət və savad olmalıdır. Bunlardan biri olmadığı halda qayda pozuntuları artır”.
Eltac Zülfüqaroğlu
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












