Sürücülər ödənişsiz 2 parklama talonu ala bilər? – AYNA-dan AÇIQLAMA

Son günlər redaksiyamıza sürücülər tərəfindən yaşayış yerlərinin yaxınlığında yerlərində avtomobil saxlamalarına şərait yaranmaması ilə bağlı şikayətlər daxil olur.
Avtosfer.az xəbər verir ki, sürücülərin daha çox narazılıq etdiyi məsələ bir neçə ünvanda qeydiyyatda olduqları halda parklama ilə bağlı talon əldə edə bilməmələridir.
Belə ki, vətəndaşlar redaksiyamıza yaxın dövrdə 2 və daha çox yerdə qeydiyyatda olsalar da, yalnız 1 ünvanla bağlı parklama talonu əldə etmələrindən şikayət ediblər. Məsələnin yaxın gələcəkdə öz həllini tapıb-tapmayacağı ilə bağlı sual ünvanlayıblar.
Biz də öz növbəmizdə “Azparking”lə bağlı məsələni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladıq. Agentliyin mətbuat katibi Tural Orucov sorğumuza cavabında deyib ki, ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə təsdiqlənən “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda əksini tapıb:

““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər”.
Mətbuat katibi vurğulayıb ki, fərdi parklanma talonu üçün heç bir ödəniş tələb olunmur. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Vətəndaşlar “AzParkinq” mobil tətbiqini yükləyərək oradakı profil bölməsindən fərdi parklanma talonu hissəsində zəruri məlumatları əlavə edərək fərdi parklanma talonu üçün müraciət edə bilirlər.
Bu küçədə geniş səki sürücülərin daimi “dayanacağına” çevrilib - VİDEO
Qoşa xətti heçə sayan sürücü iradı da cavabsız qoymadı - VİDEO
İkiqat qayda pozan sürücü yolda hamıya qəza şəraiti yaratdı - VİDEO
Gah sola, gah sağa keçən “Tesla” sürücüsü yol boyu təhlükə saçdı - VİDEO
Bakıda avtobus sürücüsündən təhlükəli manevr: Səbəb nə olub? - VİDEO
Necə gəldi əks yola çıxan təlim maşını az qala qəza törədəcəkdi - VİDEO
Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
Sabunçuda "hoqqa verən" sürücü öz videosunu yaydı; polis yaxaladı - VİDEO
Tıxacda yuxuya gedən sürücünün yolun açılmasından xəbəri olmadı - VİDEO
Bakıda AĞLASIĞMAZ QANUN POZUNTUSU - Qoşa xətti pozub qırıq-qırıq etdilər - VİDEO
Polis hərəkətin intensiv olduğu ərazilərdə gücləndirilmiş rejimdə xidmət edir - VİDEO










