Sürücülərin SMS-lə məlumatlandırılmasına dair maraqlı TƏKLİF

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl texniki baxışın bitmə vaxtı ilə bağlı sürücüləri xəbərdar etmək üçün SMS məlumatlandırma sistemi aktivləşdirildi. Bəzi sürücülərə texniki baxışla bağlı SMS məlumatlandırma gəlmədiyi üçün anlaşılmazlıqlar yaranıb.
Sual yaranır ki, texniki baxışla bağlı SMS məlumatlandırma olmalıdır, ya yox?
Hüquqşünas Ərşad Hüseynov bununla bağlı Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücülərin SMS vasitəsilə məlumatlandırılmaması daha çox iki səbəblə bağlı ola bilər. Sürücülər qeydiyyat zamanı ya mobil telefon nömrələrini verməyiblər, ya da ki, nömrəni dəyişdirdikləri üçün SMS məlumatlandırma çatdırılmır.
Ərşad Hüseynov onu da qeyd edib ki, texniki baxışla bağlı sürücülərin SMS vasitəsilə məlumatlandırılması qanunvericilikdə nəzərdə tutulmayıb. Lakin bu məsələ qanunvericilikdə təsbit olunsa və bununla bağlı dövlət qurumlarının üzərinə öhdəlik qoyulsa çox gözəl olar. Hətta texniki baxışla yanaşı icbari sığortanın və sürücülük vəsiqəsinin tarixinin bitməsi ilə bağlı SMS məlumatlandırma məsələsinə baxılmalıdır: "Düzdür, icbari sığortanın bitməsinə bir neçə gün qalmış sığorta şirkətindən sürücülərə zəng olunaraq məlumat verilir. Lakin bu, onların öz təşəbbüsləri ilə həyata keçirilir. Təbii ki, bu təşəbbüsün arxasında da kommersiya maraqları durur”.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












